image-970_50
image-turk-shura

Turan Birliyinin çöküşü? Sevinməyə tələsməyin!

image-suni_mayalanma_qiymeti

Sosial şəbəkələrdə Qazaxıstanda baş verən məlum olaylardan sonra rus ordusunun KTMT adı ilə bölgəyə girməsini Turan Birliyinin çöküşü kimi qələmə verib, iştahı qabarmış çoxlu “politoloqlar” meydana gəlib.

Rus sevgisini gizlədə bilməyən, Rusiyanın uşaqlığını edən həmin “siyasi ekspertlər” anlamalıdır ki, Rusiyanın güc nümayişi hər zaman əks-effekt verir və bu, Rusiyanın daha da təklənməsinə, güc itirməsinə səbəb olur.

Məncə, bu, Qazaxıstanın daxilində, eləcə də Orta Asiya xalqları arasında antirus meyillərini daha da gücləndirəcək.

Fikir versək görərik ki, hansısa beynəlxalq gizli qüvvələr Rusiyanı çox sürətlə postsovet ölkələrinin üstünə itələyir, onlar arasında Rusiyaya qarşı bir qorxu ilə yanaşı, antipatiya da formalaşdırır.

Rusiyanı faktiki olaraq region dövlətləri özlərinə təhdid görür. Rusiya bu siyasətini davam etdirməklə təklənməyə gedəcək və gələcəkdə NATO ilə əlaqələrin daha da kəskinləşəcəyi halda Rusiya üçün müxtəlif cəbhələrdə aparılacaq savaş olacaq.

Rusiya artıq bölgədəki postsovet dövlətlərinin müstəqilliyini gerçək mənasıyla tanımalı, insan hüquqları qavramını öz dövlət siyasətində güncəlləməlidir. Bu vaxt bölgədə sülh və əmin-amanlıq tam mənasıyla əldə oluna bilər.

Turan Birliyi isə regiondakı eynisoylu türk millətinin mənəvi birliyidir. Bu Birliyin varlığından rahatsız olanlar ixtişaşa, terrora, şiddətə yön verənlər və onlardan mənfəət kimi istifadə edənlərdi.

Qazaxstan Türk Birliyinin qurulmasında əsas ilhamverici ölkələrin başında gəlir və hər zaman da elə qalacaq!

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki