image-970_50
image-resize_46d56e36a8c90f7286b85f2e31f04064

Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir

image-728_90

Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir

“İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından tarixi hadisədir. Toplantıda qəbul edilmiş qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək”. 12 ildir fəaliyyət göstərən Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, bunun üçün bütün üzv dövlətlərin səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu baxımdan Azərbaycanın təşkilata və ümumilikdə türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əsl nümunədir. Belə ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türk dövlətləri ilə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına diqqət yetirməsi təşkilatın fəaliyyətinə mühüm təsir göstərir. Bunlardan biri respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur.
Artıq türk dövlətləri də bu yoldan istifadə edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri də türk dövlətlərini birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə neft-qaz boru kəmərlərinin keçdiyi əsas tranzit ölkədir. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük ərməğanıdır. Respublikamız şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verib.
Türk Şurasına sədrliyi dövründə Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, respublikamız Şuraya sədrliyi dövründə türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini artırıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır

27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və bu amil qələbəmizdə mühüm rol oynadı. Ümumiyyətlə, Türk Şurası ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edilib. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı qələbəsi bütün türk dünyasının zəfəridir. Azərbaycan və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu. Türk dünyası ölkələrinə bir təhdid olarsa, bundan sonra birlikdə qərar almaq imkanı yaranır. Bu isə çox doğru addımdır.
Azərbaycan Prezienti cənab İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin əhəmiyyətindən, Vətən müharibəsində qazanılan qələbənin önəmindən ətraflı bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin türk dünyası üçün önəmi xüsusi vurğulanıb. Azərbaycan xalqı olaraq bizim üçün Prezident cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir. Bu mükafat Türk Ölkələrinin Dövlət Başçıları Şurasının qərarı ilə dövlət başçısına təqdim olunub. Cənab İlham Əliyev bu ali mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülüb. Biz öz Prezidentimizlə qürur duyuruq və inanırıq ki, dövləti başçısının fəaliyyəti yeni-yeni zəfərlərlə müşayiət olunacaq.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

 

 

Azərbaycan xalqı 30 illik işğala son qoydu

Erməni işğalının 30 ilə yaxın müddət ərzində davam etməsində Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olması işğal dövründə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi müharibə dövründə daha qabarıq formada özünü göstərdi. 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar

Heç kəsə sirr deyil ki, Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Elə müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bütün işlərdə də, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Elə Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı bir daha Türkiyənin və Azərbaycanın iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olduğunun, birliyinin, gücünün nümayişi idi. İnşası səkkiz ay davam edən Füzuli Beynəlxalq Hava Limanında da Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər”.
Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Heç şübhəsiz ki, qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, işğaldan azad olunmuş ərazilərə səfərləri dünyaya mesajdır. Çünki bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir.
Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir: Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyin direktoru

 

 

İkinci Qarabağ savaşının nəticələri bögə üçün yeni imkanlar açır

30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmin olunması üçün müsbət nəticələnmişdir.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyuldu, yeni layihələrə start verildi.
Azad olunmuş ərazilərimizin bərpası məsələsində incə və xüsusi məqam odur ki, dövlət başçısı Qarabağı müasir dünyanın ən gözəl, analoqu olmayan bir məkanına çevirməyi hədəfləyib. Onun açıqlamaları və atdığı addımlar bunu deməyə əsas verir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki,: “Qarabağı cənnətə çevirəcəyik”. Bu, həm praktik, həm də fəlsəfi baxımdan çox dərin məna kəsb edir. Möhtərəm Prezidentimizin göstərişi ilə azad olunmuş bütün şəhərlərin ayrı-ayrılıqda, coğrafi relyefinə və digər parametrlərinə uyğun baş planları hazırlanmışdır
İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Bu, həm Qarabağ sakinlərinin rahat, firavan yaşayışını təmin etməklə yanaşı, turist bölgə kimi, dünyanın da nəzərlərini xüsusi cəlb edəcək. Ən mühüm məsələlərdən biri də Qarabağda “Yaşıl enerji” zonası yaradılmasıdır.. Qarabağda daha çox su, günəş, külək enerjisindən istifadə olunacaq. Elektrik təchizatı bütün azad olunmuş ərazilərdə icra olunur, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Prezident İlham Əliyevin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.
Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu, həm də Azərbaycanın Naxçıvandan keçməklə Türkiyə ilə dəmir yolu əlaqəsinin təmini deməkdir.
Biz inanırıq ki,Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilən bərpa strategiyası nəticəsində işğaldan azad edilmiş ərazilərimiz regionun ən inkişaf etmiş zonasına çevriləcəkdir.

Vəfa Bayramova -Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

PREZİDENT İLHAM ƏLİYEV CARİ İLİN 12 NOYABR TARİXİNDƏ TÜRK DÜNYASININ ALİ ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”
Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarda deyilir: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin qazanılmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etdi”.
Göründüyü kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda böyük məsuliyyət kimi dəyərləndirərək bildirib ki, onun sevincini ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası və hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir.
Bu, təkcə Müzəffər Ali Baş Komandan, bu günlər qardaş Türkiyədə deyildiyi kimi, İkinci Qarabağ müharibəsinin Qəhrəmanı, Prezident İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
Həqiqətən də Ali Baş Komandanımız 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Təbii ki, buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, real məsələlərə söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcud idi.
Prezident İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar illərlə kağız üzərində qalıb saralmasına baxmayaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər. “Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsi nəticəsində bizə dost və tərəfdaş olan ölkələrin sayı sürətlə artdı. Bir sözlə, güclü iqtisadiyyatın, qüdrətli ordunun, ölkəmizin beynəlxalq arenada önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Azərbaycanın Qələbəyə gedən yolunun aydın mənzərəsi yarandı. Azərbaycanın bugünkü reallıqları ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixində xalqa müraciətində söylədiyi “Mən ona özüm qədər inanıram” fikrinin ardınca özünün sona çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin başa çatdıracağına əminliyinin təsdiqidir. On səkkiz il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, bütün varlığı ilə Ulu Öndərin siyasi kursuna sadiq olan və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevə yekdilliklə səs verdi. Ötən hər il xalqın öz tarixi seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imzası qədər əhəmiyyəti olan dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Bu gün Azərbaycan həqiqətən tarixi günlərini yaşayır və bu proses əbədi olacaq. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Günündə Şuşadan bütün dünyaya bəyan etdiyi kimi, biz Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə Azərbaycan xalqını vahid ideya, vahid amal ətrafında yumruq kimi birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi yazdı. Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə Cənubi Qafqaz regionunda Azərbaycanın timsalında yenilməz iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu və məhz bu amillərin vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, ölkəmizin həyatında, beynəlxalq münasibətlərdə yeni səhifə açdı, bölgədə, ümumilikdə dünyada yeni reallıqlar yaratdı. Müzəffər Ali Baş Komandan ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, o cümlədən məcburi köçkünlərə verdiyi vədi əməli fəaliyyəti ilə reallığa çevirdi, güclü Azərbaycan yaradaraq 44 günlük Vətən müharibəsində haqqında əsrlərlə danışılacaq müharibə taktikasını nümayiş etdirməklə düşməni diz çökdürdü, işğalçı Ermənistanı və ona havadarlıq edənləri yeni reallıqlarla barışmağa məcbur etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qalib lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Prezident İlham Əliyev türk dünyasında da uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi nüfuz qazanıb. Dövlətimizin başçısının hələ 2009-cu ilin oktyabrında Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə söylədiyi “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni, türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” fikirlərini önə çəkərək bildirib ki, bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. Dövlətimizin başçısının daim bütün türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir”, “Bizim birliyimizdən çox şey asılıdır” kimi çağırışları da özündə bir sıra məqamları, istəkləri ehtiva edirdi.
Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Dövlətimizin başçısı İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə səsləndirdiyi fikirlərə yönəldərək qeyd etmək istərdim ki, ölkə Prezidenti “Türk Dünyasının Ali Ordeni” mükafatının Azərbaycanın Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verdiyi zamana təsadüf etməsinin rəmzi mənası var və bu əminliyi ifadə edir ki, bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Onun liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Bu gün türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxmaqdan məmnunluğunu ifadə edən dövlət başçısı bildirdi ki, birgə gələcəyimiz üçün çox möhkəm təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımızdır”. bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Onun liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Bu gün türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxmaqdan məmnunluğunu ifadə edən dövlət başçısı bildirdi ki, birgə gələcəyimiz üçün çox möhkəm təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımızdır”.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” mükafatı ilə təltif edilməsində əsas amil kimi önə çəkilən tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsində də mühüm rol oynadı.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

AZƏRBAYCAN XALQI 30 İLLİK İŞĞALA SON QOYDU

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və tarixi ədaləti bərpa edib 30 illik işğala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq. Və sonda Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Ali Baş komandan İlham Əliyevin əmri ilə növbəti erməni təxribatının qarşısını almaq, xalqımıza dəhşətli faciələr yaşatmış mənfur qonşularımızın cəzasını vermək, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə başlanan əks-hücum əməliyyatı indiyə qədər çoxlarına məlum olmayan böyük həqiqətləri üzə çıxardı: “Məlum oldu ki, özlərinə “döyüşçü” xalq deyən ermənilər əslində nəinki iddia edildiyi kimi deyillər, əksinə qorxaq və fərariridirlər. O da məlum oldu ki, son yüz ildə baş verən müharibələrin heç birində, heç bir ölkə bu qədər fərari görməmişdir və döyüşdən qaçanların sayına görə dünya birincisi olan qonşularımız bu göstərici ilə “öyünə” bilərlər. Əks-hücum əməliyyatlarının ilk günündən dayanmadan irəli gedən, hər gün işğal olunmuş ərazilərimizi düşməndən azad edən qəhrəman əsgərlərimiz dünya hərb tarixinə qəhrəmanlıqla, torpaq və xalq sevgisi ilə dolu səhifələr yazdılar və azərbaycanlıların necə cəsarətli, mərd və qorxmaz olduqlarını bütün dünyaya qəbul etdirdilər.
İllərdir dünyanın ən ali tribunalarında işğal altındakı torpaqların danışıqlar masası arxasında həllinin mümkün olmayacağı təqdirdə hərb variantının gündəmə gələcəyini bəyan edən Preizdent İlham Əliyevin bu xəbərdarlıqlarını sıradan bir açıqlama kimi qəbul edən Ermənistan bu gün bunun acısını yaşayır. Azərbaycan döyüş meydanında olduğu kimi siyasi arenada da düşməni əzməyi bacardı. Bu qələbənin memarı isə Azərbaycan Ordusu, Ali Baş Komandanı və ona uşaqdan böyüyə dəstək olan xalqın birliyidir.
Bu gün dünyanın hər yerində öyrənilən möhtəşəm qələbənin qazanılması naminə həyatını qurban verən müqəddəs şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq və xalqımız onların hər birini böyük minnətdarlıqla, məhəbbətlə yada salacaq, xatirələrində yaşadacaqdır. Azərbaycan xalqı qəhrəman şəhid və qazilərimizlə yanaşı əks-hücum əməliyyatının başladığı ilk gündən ermənipərəst qüvvələrin təzyiqlərinə misilsiz dəyanətlə sinə gərən, həm diplomatiya cəbhəsinə, həm də hərbi qüvvələrimizə rəhbərlik edən, böyük zəfərin qazanılmasında müstəsna rol oynayan böyük dövlət xadimini-Ali Baş komandan İlham Əliyevin xidmətlərini, qələbəmiz naminə çəkdiyi əziyyətləri heç vaxt yaddan çıxarmayacaq.

Xanım İmanova- Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artmışdır.

Azərbaycanın möhtəşəm qələbəsi ilə, 30 ildir işğal altında olan tarixi torpaqlarımızın təcavüzkarlardan azad olunması ilə bitən Vətən müharibəsində Türkiyə tam anlamı ilə bizimlə birlikdə oldu, bir an belə qardaşlıq, mənəvi, siyasi köməyini əsirgəmədi. El-obamızda belə bir adət var – birinin xoş günündə də, dar günündə də sevənləri, yaxınları onu tez-tez ziyarət edər, dəstəklərini nümayiş etdirərlər. Həm Vətən müharibəsi ərəfəsində, həm də şərəf tariximizə böyük hərflərlə yazılan həmin 44 gün ərzində Türkiyədən Azərbaycana dəfələrlə rəsmi dövlət nümayəndələri gəldi, prezident Ərdoğan keçirdiyi bütün görüşlərdə dünyaya daima qardaşlarının yanında olacağı mesajını verdi, dünyanı ədalətli olmağa səslədi. Bu bizə həm siyasi, həm də mənəvi güc verdi. Lakin siyasi və mənəvi dəstəkdən başqa 44 gün sürən “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan bayrağının Qarabağ səmasında dalğalanmasına vasitə olan Türkiyə Bayraktarları da qəhrəman əsgərlərmizə dəstək oldu. “Türkiyə savaş günlərində olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq”-bu fikri isə Türkiyə rəsmiləri Zəfərdən sonra səsləndirdilər. Demək ki, Azərbaycanın müstəqilliyi kimi, qardaşlığımız da əbədidir, dönməzdir, sarsılmazdır!

Vəfa Xəlilli – Gəncliyə Dəstək ictimai birliyinin sədri

 

Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzidir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən ilin payızında başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Biz bu dəstəyi qələbədən sonra ötən ilin dekabrında Azadlıq meydanında keçirilən qələbə paradında da gördük. Əslində, Azərbaycan-Türkiyə qardaşlığının qələbəsi, nümayişi idi bu. Meydandan əzmlə, qürurla keçən Türk Silahlı Qüvvələrinin təmsilçilərinin Azərbaycan Ordusu ilə yanaşı addımlaması həm də bütün dünyaya mesaj idi. Atatürkün: “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” kəlamının nümayişi idi, həm də. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burda, qələbə paradında idi.
Bu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də iki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri öz əksini tapıb.
Ümumiyyətlə, bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.
Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Qardaş ölkənin başçısının Azərbaycana növbəti səfəri iki ölkə arasında sarsılmaz dostluğu bir daha dünyaya nümayiş etdirdi. Bu, həm də dünyaya daha bir mesajdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Türk Dövlətləri Təşkilatının üzvləri təbii müttəfiqlərdir

Türkdilli dövlətlər arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Türkdilli Dövlətlər Təşkilatı beynəlxalq sənədə görə beynəlxalq hökumətlərarası təşkilatdır. Bu gün Türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Bu da olduqca mühümdür. Liderlərimizin ortaq köklərimizə sərgilədiyi nümunəvi yanaşma vardır. Bu, bütövlükdə hər birimiz üçün müəyyənedici olmalıdır. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib. Bu, eyni zamanda, Türk birliyinin daha da möhkəmləndirilməsi barədə dünyaya bir mesaj idi. Digər diqqətçəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmasıdır. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən deyib: “Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.
Azərbaycan Prezidentinin bu sözləri bir daha Onun üçün dövlət və xalq birliyinin mühüm əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu dilə gətirib, Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolu olduğunu bildirib. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi vurğulayıb. Eyni zamanda, Türk Şurasına sədrliyin Türkiyəyə təhvil verilməsi ilə bağlı hissəsində bir daha Türkiyə Respublikasının bütün türk dünyası üçün aparıcı rolu və qüdrətindən danışarkən Prezident İlham Əliyev bildirib: “Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir… Türkiyənin gücünü … indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir”.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Bu gün Türkiyənin və Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihə həyata keçirilə bilməz.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, bir türk dövlətinin ərazi bütövlüyünün bərpası türk birliyinə böyük töhfədir. Çünki faktiki olaraq Qarabağın azadlığı türk dünyasına torpaq qazandırmaq deməkdir, türkün şəfərinə şərəf qatmaq deməkdir.
Qarabağ Zəfəri həmçinin, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbədir. Proseslərin nəticəsi olaraq açılacaq Zəngəzur dəhlizi bütün Türk dünyasının yoludur! Bu, həm də Turan yoludur!
Qeyd edilənlərin fonunda sözügedən Ali Orden mümkünsüz görünən işləri realllığa çevirən liderin misilsiz xidmətlərinə verilən daha bir layiqli qiymətdir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə mühüm bir mesaj vermişdi. Sitat: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”.
Bu gün artıq reallığa çevrilən Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bu baxımdan da Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.
Prezident Əliyev özü də qeyd etdi ki, ona verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir.
Əlbəttə, bu kontekstdə Azərbaycan xalqının İlham Əliyevi birmənalı şəkildə dəstəkləməsi, Vətən Müharibəsində hər kəsin yumruq kimi birləşməsi, xalq-Prezident birliyi xüsusi vurğulanmalıdır.
Prezidentin rəhbərliyi altında Azərbaycanın, Azərbaycan xalqının Zəfəri bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin daha da güclənməsinə stimul, nümunə oldu.
Bu gün Türkiyənin və Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihə həyata keçirilə bilməz.
Bölgədə həyata keçirilən beynəlxalq və regional layihələr, o cümlədən Qarabağın bərpası üzrə layihələrdə türkdilli dövlətlər mühüm yer tutur.
Paralel olaraq bu layihələr onlar arasında bağları möhkəmləndirir. Zəngəzur dəhlizinin işə düşməsindən sonra bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət təsirini göstərəcək. Habelə, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında təmasların artmasına gətirib çıxaracaq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm önəm daşıyır

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.
Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.
Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.
Hazırda hər iki dövlət başçısının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.

Nailə Əliyeva- Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki