image-qanunla-reklam
image-1659431130

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

image-lady-day-az

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu ilin Türk Dövlətlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini və iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirdi.

Türk Dünyası çox geniş coğrafiyanı əhatə edir. Bəzi ölkələr böyük təbii sərvətlərə malikdir, bəzilərinin isə güclü hərbi imkanları var. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzlərindən birinı çevrilməsi lazımdır. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk öləkləri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı  və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.

Azərbaycan, Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra maliyyə və praktiki dəstək tədbirləri həyata keçirib. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Gələcəkdə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir.

Zərdab rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru- Nailə Əliyeva

 

 

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır.

2024-cü  ilin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevində iştirak etməsi Türk Dünyası ölkələri arasında sıx əməkdaşlığın davam etdiyinin göstəricisidir.

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müxtəlif regional layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarını təmin edir. Bu layihələr, xüsusən də infrastruktura dair layihələr, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı ilə əlaqəlidir. Azərbaycan, Türk Dünyası ölkələrində humanitar yardımların təşkilinə və sosial layihələrin həyata keçirilməsinə də dəstək göstərir. Bu, xüsusən də təbii fəlakətlər və digər humanitar böhranlar zamanı Azərbaycan tərəfindən maliyyə yardımlarının ayrılması ilə özünü göstərir. Hələ 2009-cu ildə Türk Dövlətləri Təşkilatının (əvvəlki adı ilə Türk Şurası) Zirvə Toplantısının Naxşıvanda keçirilməsi və sazişin imzalanması ölkəmizin bu təşkilatda fəallığının bariz nümunəsidir. Bu toplantıya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın rəhbərləri qatılmışdır. Sazişin imzalanması ilə TDT, daha güclü və koordinasiyalı bir struktur əldə etmişdir. Sazişin imzalanmasından sonra Türk Dövlətləri Təşkilatının inkişafı daha sürətlə davam etmiş, təşkilat üzv dövlətlərin birgə fəaliyyət göstərməsinə və qarşılıqlı faydalı əməkdaşlıq layihələrinin reallaşdırılmasına daha çox diqqət yetirilmişdir. Prezident cənab İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu haqqda da danışıb.

Türk Dövlətləri Təşkilatı ölkələri arasında təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq genişlənməkdədir. Strateji mövqedə yerləşən Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində yük daşımalarındakı əhəmiyyəti artmaqda davam edir. Azərbaycanın Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqələrində körpü rolunu oynaması onun tranzit daşımalarında həcmini artırmağa imkan verir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına ciddi təsir edəcək. Bundan əlavə Türk Dövlətləri Təşkilatlarından Özbəkistan, Qazaxıstan və Qırğızıstan Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında apardığı genişmiqyaslı quruculuq işlərində öz qardaşlıq dəstəyini göstərirlər. Digər tərəfdən bu günlərdə Azərbaycanda COP29 iqlim konfransı keçiriləcəkdir. Əminik ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu beynəlxalq tədbirdə də fəal iştirak edərək dost və qardaş Azərbaycana öz dəstəklərini göstərəcəklər.

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbin direktoru-Əliheydər Abbasov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki