image-qanunla-reklam
image-media-1-y2jqme8gr43ul7ks1nat

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

image-lady-day-az

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc­lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı da möv­cud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dün­yanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alov­lanır. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsiz­liyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükə­sizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artma­lıdır.

Türk Dövlətləri Təşkilatının ötən illərdəki fəaliyyə­tinin xronologiyasının təsviri nöqte­yi-nəzərindən mühüm istiqamətlərlə zəngin olduğunu aydın şəkildə görə bilərik. Həmin istiqamətlərin hər bi­rində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qu­rumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının for­malaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə in­teqrasiyasında həlledici missiyadır.

Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı  yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə müxtəlif səfərləri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır.

Regionda geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağının işarəsidir. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

 

Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb

Azərbaycanı və Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələr üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Günü-gündən mühüm şəkildə irəliləyən inkişaf sayəsində böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatı üçün əlverişli imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatı ilə münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir.

Türk Dövlətləri Təşkilatı ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

 Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir

Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdirilir.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramları əhəmiyyətlidir. İqtisadi inkişafın əsas hədəfi, rəqabət qabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir.

Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri  44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır.

Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib.  İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki