image-qanunla-reklam
image-171726240_1615527118633227_158033020676270116_n

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncəyə səfər ediblər-FOTOLAR

image-lady-day-az
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri Gəncə şəhərinə səfər ediblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayət ediblər.
Rəsmilər Vətən müharibəsi zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncədə törətdikləri hərbi cinayətlərin ağır nəticələri ilə yerində tanış olublar. Belə ki, onlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkiblər. Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüb.
Xarici qonaqlara bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Gəncə 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşlərinə məruz qalıb. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib. Belə ki, oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Oktyabrın 17-də reallaşan xain hücumu nəticəsində isə 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb.
Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 26 mülki şəxs həlak olub, 125-dən çox dinc sakin yaralanıb.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Gəncə şəhərindən öncə ermənilər tərəfindən viran edilmiş Ağdam rayonunda olublar.
Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və ayakta duran insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar, ağac və açıq Havada şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar, ağac və açıq Havada şəkili ola bilər
Bir 1 nəfər, ayakta, ağac və açıq Havada şəkili ola bilər
Bir 3 nəfər, ayakta duran insanlar, açıq Havada və ağac şəkili ola bilər
Bir 1 nəfər, ayakta və açıq Havada şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar və açıq Havada şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki