image-qanunla-reklam
image-altay

Türkiyə ABŞ-a güvənmir, özü istehsal edir: artıq liderdir

image-lady-day-az

Türkiyə son illərdə xarici təchizatçılardan asılılığını azaltmaq və NATO müttəfiqlərinə mesaj vermək üçün hərbi sənayesinə ciddi sərmayə qoyub.

Qanunla.Az  xəbər verir ki, bu barədə “Biznes İnsayder” yazıb.

Qeyd olunub ki, Türkiyə müdafiə sənayesinə yatırımı artırıb, silah və raketlərdən tanklara və döyüş gəmilərinə qədər hər texnikanı istehsal edir və ölkəni lider silah ixracatçısına çevirib:

“Türkiyənin hərbi sənayesini gücləndirmək üçün bir neçə səbəbi var. Rusiyanın potensial təhdidləri ilə üz-üzədir, PKK-ya qarşı çoxillik müharibədə iştirak edir. Bundan əlavə, NATO-nun Ankaranın Rusiyadan S-400 raketləri alması səbəbindən hərbi sənayesinə qarşı tətbiq etdiyi sanksiyalar kritik texnologiyaların və ya bütün sistemlərin Ankaraya satışının qarşısını alıb. Türkiyə Rusiyanın Suriyada varlığını, Qara dənizdə artan gücünü və İranın qonşu Suriya və İraqdakı təsirini təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Artan təhdidlərə baxmayaraq, Türkiyə artıq ehtiyac duyduğu avadanlığı almaq üçün ABŞ və Avropaya güvənə bilməz. Türkiyə daha əvvəl, 1970-ci illərdə Şimali Kiprə hərbi müdaxilə edərkən Qərbin sanksiyaları ilə üzləşmişdi. Sanksiyalar ləğv edilərkən, Türkiyə son onilliklər ərzində xarici hərbi təchizatçılarından asılılığını azaltmaqla yeni sanksiyalara hazırlaşdı. Bu hazırlıqlar indi “gəlirlidir”.

Bildirilib ki, Türkiyə Almaniyanın G3 hücum tüfənglərini yerli istehsal olan MRT-75 ilə əvəz etməyə başlayıb. Eyni şəkildə Amerika istehsalı olan AH-1 hücum helikopterlərini T129 ATAK helikopterləri ilə əvəz edir. Ankara, Berlinin köməyi olmadan “Leopard 2” (Almaniya) tanklarını da təkmilləşdirir və yerli istehsal olan “Altay”dan əsas döyüş tankı kimi istifadə etməyi planlaşdırır.

Məqalədə Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarəsi və Azərbaycanın keçən il Qarabağ müharibəsində qazandığı qələbədə əsas rolundan da bəhs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki