Türkiyə Suriyanın şimalında PKK ilə bağlı qüvvələrin mövcudluğuna son qoyması üçün ABŞ-a xəbərdarlıq edəcək. Əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Qanunla.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, Türkiyənin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq:
“Bu dəfə ABŞ-a bir daha açıq-aşkar deyiləcək: “Ya siz bununla məşğul olursunuz, ya da biz nə lazımdırsa, edəcəyik”.