image-qanunla-reklam
image-img_20211119_082947

Türkiyə bu məsələdə özünü sübut edib – Dəmir

image-lady-day-az

Türkiyə bu gün heç kimə arxalanmadan öz milli maraqlarını qorumaq üçün lazımi tədbirləri həyata keçirə bilir və qlobal tədarükçülərin tətbiq etdiyi bütün çətinliklərə, üstüörtülü və aşkar embarqolara baxmayaraq, bu məsələdə özünü sübut edib.

Qanunla.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Biz ölkənin hər yerindən bir-birini tamamlayan texnologiya və imkanları inkişaf etdirmək, sənaye infrastrukturunu daha da irəli aparmaq, onun əsas istiqamətini təşkil edən müdafiə sənayesində yeni nailiyyətlər və yeni imkanlar yaratmaq istəyirik”, – İ.Dəmir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki