image-qanunla-reklam
image-51838686

Türkiyə canımızdır…Canımız yanır…

image-lady-day-az

Son dəqiqə xəbərlərinə görə Türkiyə bir-birinin ardı ilə davamlı çıxan çoxsaylı yanğınlara məruz qalaraq sarsılır. Bütün Türkiyə bu çıxan yanğınların üzüntüsünü yaşayarkən qardaş ölkə olaraq Azərbaycan da bu hadisələrə qayğısız qala bilməzdi. Türkiyənin kədəri bizim kədərimizdir. Türkiyənin yanğısı bizim yanğımızdır. Azərbaycan xalqı da Türkiyənin bu kədərini öz kədəri kimi görüb əlindən gələn maddi mənəvi dəstəyi əsirgəməməkdədir. Daim hər çətin gündə bir birinə kömək əlini bir an belə düşünmədən uzadan qardaş ölkələrdir Azərbaycan ilə Türkiyə. Məhz elə bu çətin gündə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və təlimatı ilə Türkiyəyə 500 nəfərlik yanğın söndürmə qrupları, helikopterlər göndərilərək Türkiyənin yalnız olmadığını, Azərbaycan xalqının hər daim yanında olduğunu da bildirdi. Təbiidir ki, dəstək yalnizca göndərilən qüvvələrlə kifayətlənmir,  Azərbaycan xalqının qəlbi Türkiyədə döyünür.
Can Azərbaycan deyə səsləndiyin Azərbaycan yeri gələr canını da qoyar ancaq yarı yolda qoymaz səni Türkiyəm!
Türkiyə tarix boyu heç bir gücün yıxa bilmədiyi, heç bir çətinliyə boyun əyməyən və hər nə olursa olsun dimdik durub hər şeyin öhdəsindən gəlməyi bacara bilən ölkə kimi özünü bütün dünyaya tanıtmışdır. Əlbəttə ki, bu çətin günlərin də öhdəsindən gəlib yanan hər bir ağacın yerini hətta iki dəfə artığı ilə əvəzləyəcəkdir. Azərbaycan xalqının Türkiyə dövlətinin və xalqının gücünə zərrə şübhəsi yoxdur! Türkiyə cənnət məkanıdır. Hər zaman da cənnət məkanı olaraq qalacaqdır.
İndi dəstək zamanıdır və dəstəyimiz Türkiyə üçündür. Azərbaycan xalqının duaları Türkiyə üçündür. Canın bir daha yanmasın Türkiyəm!
Alevler sizdeyse közü bizdedir!
Sizdeki yaranın özü bizdedir!
Allah Can Türkiyəni qorusun!

 

YAP Səbail rayon təşkilatının məsləhətçisi
Aytac Fərhad qızı Məhərrəmli

Kanal4.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki