image-qanunla-reklam
image-turkiye-milli-2024

Türkiyə Çexiyanı məğlub etdi, 1/8 finala yüksəldi

image-lady-day-az

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək Çexiya – Türkiyə oyunu üçün heyətlər müəyyənləşib.

Qanunla.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

Çexiya: Stanek, Holes, Hranaç, Kreyçi, Çoufal, Souçek, Provod, Yurasek, Barak, Hitil, Hlozek

Ehtiyat oyunçular: Kovar, Yaros, Zima, Vitik, Şevçik, Şik, Kuçta, Doudera, Çerni, Çoru, Linqr, Çerv, Vlçek, Sulç, Yurasek

Türkiyə: Mərt Günok, Merih Demiral, Samet Akaydin, Arda Gülər, Hakan Çalhanoğlu, Salih Özcan, İsmayıl Yüksək, Mərt Müldür, Kənan Yıldız, Fərdi Kadıoğlu, Barış Alpər Yılmaz.

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zəki Çelik, Okay Yokuşlu, Orkun Kökçü, Kərəm Aktürkoğlu, Cenk Tosun, Yusuf Yazıcı, Əhmədcan Kaplan, İrfan Can Kahveci, Kaan Ayhan, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım.

***

Çexiya – Türkiyə matçı start götürdü.

***

Görüşün 20-ci dəqiqəsində Çexiya yığmasının üzvü Antonio Barak qırmızı vərəqə ilə komandasını meydanda azlıqda qoydu.

***

Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçdi: 0-1.

***

66-cı dəqiqədə Tomas Soujek Çexiyanın bərabərlik qolunu vurdu: 1-1.

***

Cenk Tosun 94-cü dəqiqədə Türkiyə millisinin ikinci qoluna imza atdı: 1-2.

***

Türkiyə millisi Çexiyanı 2-1 məğlub edərək qrupda 6 xal topladı, qrup ikincisi kimi 1/8 finala vəsiqə əldə etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki