Türkiyə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində ənənəvi türk idman növlərini fəal təbliğ edir.
“Qanunla.Az”ın yerli bürosu xəbər verir ki, Marneulidə Türkiyənin Yunus Əmrə İnstitutunun İnkişaf və Təhsil Mərkəzi ilə birlikə təşkil etdiyi üçaylıq oxçuluq kurslarına bu gün yekun vurulub.
Kursu bitirənlərin təltifetmə mərasimində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, Marneuli meriyası və bələdiyyəsinin üzvləri iştirak ediblər.