image-qanunla-reklam
image-azturk

Türkiyə ilə təhsil əməkdaşlığımızın ölkəmizin təhsilinə müsbət təsirləri

image-lady-day-az

Türkiyə ilə təhsil əməkdaşlığımızın ölkəmizin təhsilinə müsbət təsirləri

XXI əsr bütün dünya dövlətləri və millətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin artması, son nəticədə qloballaşma ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterikdir. İndi Planetin bütün irili-xırdalı dövlət və millətləri könüllü və ya könülsüz, ixtiyari və ya qeyri-ixtiyari son nəticədə böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya magistralına qoşulmaqdadır.XX əsrdə Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan əlaqələri Azərbaycan – Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz hesab edilirdi. Azərbaycan müstəqillik əldə edəndən mədəni və təhsil sahəsində Qardaş Türkiyə dövləti ilə sıx əməkdaşlıq etmək şansı əldə etmiş oldu. Bu da xalqlarımızın mədəni və təhsil sahəsinə müsbət təsir etdi. Azərbaycan – Türkiyə mədəni əlaqələrinin ən mühüm əhəmiyyət kəsb edən və nəticələri daha aydın görünən istiqamətlərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbaycan – Türkiyə əlaqələri çox böyük inkişaf tempi qazanmaqdadır. Ötən əsrin 90-cı illərindən başlamış bu inkişaf dinamikasının nəticələri bu gün göz qabağındadır. Artıq bu bir danılmaz faktdır ki, müasir dövrdə inteqrasiya prosesində iştirak etmədən, onun imkanlarından faydalanmadan hər hansı bir tərəqqiyə nail olmaq mümkün deyil. Digər bir tərəfdən də həmin proseslərə qoşulmaqla beynəlxalq münasibətlərdə əsas yer tutan dinc yanaşı yaşamaq prinsiplərinin bərqərar olmasına bilavasitə kömək etmiş olunur. Türkiyənin yeni yaranmış türk dövlətlərindən fərqli təhsil sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisaslı kadrların hazırlanması zərurəti bu istiqamətdə əməkdaşlığın başlanmasına təkan verdi. Təhsil sahəsində əməkdaşlığın mühüm istiqamətlərini tələbə mübadiləsi, birgə orta məktəblərin, litseylərin və universitetlərin açılması təşkil edir. 1991 – 2001-ci illər ərzində Türkiyənin bir çox təhsil ocaqları türk respublikalarının müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalamış və çoxsaylı birgə layihələr həyata keçirmişlər. 90-cı illərin ilk yarısına aid statistik məlumatlara diqqət yetirərkən məlum olur ki, təhsil sahəsində bu illərdə vəziyyət belə olmuşdur: 1991 – 1995-ci illərdə Türkiyədə 1871 nəfər azərbaycanlı, Azərbaycanda isə 2500 türkiyəli tələbə ali təhsil almışdır. Bundan başqa Türkiyənin Azərbaycanda açdığı Türk Anadolu Litseyində 221 şagird təhsil almışdır.
Respublikamızın Türkiyə ilə elmi əlaqələrinidə Bakı Dövlət Universitetin xüsusi yer tutur. Universitetin şərqşünaslıq fakültəsində türk dili və filologiyası, türk dili tərcüməçiliyi geniş öyrənilir. BDU-nun jurnalistika fakültəsində də türk dili və ədəbiyyatı tədris edilir. Universitetin Asiya və Afrika ölkələri tarixi kafedrasında isə Türkiyənin tarixi daha əhatəli öyrənilir. Azərbaycan – Türkiyə elmi əlaqələrinin inkişafında digər ali məktəblərimizin də rolu böyük idi. Bu əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı görüşlər keçirildi və razılaşmalar əldə edildi.
Göründüyü kimi, bu illərdə yaranmış və inkişaf etmiş Azərbaycan – Türkiyə qarşılıqlı elm və təhsil əlaqələri, bütün obyektiv və subyektiv maneələrə baxmayaraq, iki respublika üçün xeyli səmərəli olmuşdur. Bu əlaqələrin perspektivdə daha intensiv və müştərək inkişaf etdirilməsi, şübhəsiz, Azərbaycan – Türkiyə elm və texnikasına daha böyük uğurlar gətirəcəklər.
Ümid edirəm ki gələcəkdə Azərbaycan Türkiyə dövlətlərinin həm təhsil sahəsində həmdə digər bütün sahələrdə sıx əməkdaşlığı davam edəcək və dövlətlərimizin rifahı uğrunda daim müsbət nəticələr əldə ediləcək.

Şıxəliyev Fəxrəddin Əlimusa oğlu,
Saatlı rayonu Dədə Qorqud kənd tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki