Türkiyə Superliqasının hazırki lideri “Beşiktaş” klubunun iki futbolçusunun koronavirus testi pozitiv çıxıb.
“Haber Global” COVID-19-a yoluxan futbolçuların milli komandanın üzvü olduqlarını və virusa yaxalandıqlarının məhz yığmanın toplanışı zamanı təsdiq edildiyini bildirib.
Həmin futbolçuların artıq təcrid olunduqları və sabahkı Türkiyə – Latviya matçını buraxacaqları bildirilib.