image-970_50
image-25ea081d-6b25-3f68-89a5-0f937f30a2fb_850

Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb

image-728_90

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

Qanunla.az xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, – diplomat bildirib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki