image-qanunla-reklam
image-1734295914-4ddc4b4c96938d53182d

“Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil” – Hakan Fidan

image-lady-day-az

Türkiyə Suriyada demokratik, sivil hökumətin qurulmasını istəyir.

Qanunla.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Biz Suriyada demokratik, sivil hökumətin qurulmasına çalışırıq. Suriyadakı yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik”, – deyə Hakan Fidan vurğulayıb.

Onun sözlərinə görə, Ankara yeni hakimiyyətə kömək edəcək: “Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki