image-qanunla-reklam
image-fotojet-44

Türkiyə və Qətər Kabil hava limanının idarə olunması ilə bağlı razılığa gəldilər

image-lady-day-az

 

Türkiyə və Qətər Əfqanıstandakı Kabil hava limanının idarə olunması ilə bağlı razılığa gəlib.

Diplomatik mənbələr bildiriblər ki, son vaxtlar Qətər və Türkiyə nümayəndə heyətləri arasında hava limanının iki ölkə ilə ortaq şəkildə işləməsi ilə bağlı müxtəlif danışıqlar aparılıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara və Doha radikal Taliban hərəkatının (Rusiyada qadağan olunmuş) nümayəndələrinə Əfqanıstanda beş hava limanının idarə olunması ilə bağlı birgə təklif təqdim etmək niyyətindədirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki