Türkiyə hakimiyyəti qlobal qiymət artımı ilə əlaqədar zeytun yağının ixracını noyabrın 1-dək dayandırmaq qərarına gəlib.
“Qanunla.az” xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
“Nazirlik növbəti məhsul yığımına qədər – 2023-cü il noyabrın 1-dək zeytun yağının butulkalarda və çəlləklərdə ixracı ilə bağlı əlavə tədbirlərin tətbiqi barədə qərar qəbul edib”, – nazirliyin məlumatında deyilir.
O, həmçinin İtaliya və İspaniyadakı quraqlıq səbəbindən qlobal zeytun yağı istehsalının 20% azaldığını qeyd edir.