image-qanunla-reklam
image-img_20211009_151212

Türkiyədə 6 əcnəbi casus saxlanıldı

image-lady-day-az

Türkiyədə 6 xarici ölkə vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.

Qanunla.Az xəbər verir ki, bu məlumatı “CNN Türk” televiziyası yayıb. Məlumata görə, əməliyyatlar İstanbul və Antalyada aparılıb. Saxlanılanların milliyəti açıqlanmayıb.

Televiziya öz mənbələrinə əsasən, saxlanılanlarda Rusiya pasportu və silahlarını aşkar etdiklərini bildirib. Bununla belə sənədlərin original və ya saxta olduğunun müəyyən edilmədiyi vurğulanıb.

Bu şəxslərin məxfi məlumat əldə etmək üçün xaricilərə hücum etməyi planlaşdırdıqları bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki