Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
“Qanunla.az” xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Hadisə yerli vaxtla saat 03:00 radələrində Diyarbəkir-Salavan yolunda baş verib.
Qəza nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Avtobus sürücüsü saxlanılıb. Araşdırmalar davam edir.