image-2000_150
image-970_50
image-fethiye-de-sokak-ortasinda-kavga-1-olu-1-yara-14026123_obackend

Türkiyədə baş verən küçə davasında azərbaycanlı qadın bıçaqlandı

image-728_90

Türkiyədə baş verən küçə davasında azərbaycanlı qadın bıçaqlanıb.

“Haberler.com” xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib.

Belə ki, inşaatda çalışan iki dost – S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava baş verib.

Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.

Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki