image-qanunla-reklam
image-manisa-kaza-trt-haber-1630730_2__1_

Türkiyədə dəhşətli qəza, 9 ölü, 30 yaralı – Fotolar

image-lady-day-az

Türkiyənin Manisa vilayətinin Soma rayonunda dəhşətli qəza baş verib.

Qanunla.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza zamanı TIR-la sərnişin avtobusu toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində doqquz nəfər ölüb. Onlardan altısı hadisə yerində, üçün isə qaldırıldıqları Soma Dövlət Xəstəxanasında həyatını itirib. 30 nəfər isə yaralanıb. Onlar ətraf rayonlardakı xəstəxanalara yerləşdiriliblər.

Avtobusda 50 nəfərin olduğu bildirilir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki