image-qanunla-reklam
image-jandarma

Türkiyədə hərbi hissəyə hücum: şəhid var

image-lady-day-az

PKK terrorçuları Türkiyənin Siirt şəhərinin Pərvari rayonunun Doğan kəndində yerləşən Jandarma Komandanlığının nəzarətindəki “Dəyirmandaşı” hərbi hissəsinə hücum edib.

Qanunla.Az xəbər verir ki, bu barədə Siirt Valiliyi məlumat yayıb.

İri çaplı silahlarla edilən atəş zamanı hərbi hissənin təhlükəsizlik əməkdaşı şəhid olub, digəri isə yaralanıb.

Qeyd edək ki, bölgədə terrorçulara qarşı əməliyyat davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki