Əlverişsiz hava şəraiti səbəbindən Bodrum Milas hava limanına enə bilməyən “Pegasus” Hava Yollarına məxsus Sabiha Gökçen-Bodrum təyyarəsi Dalaman Hava Limanına istiqamətləndirilib.
Qanunla.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra isə təyyarəni ildırım vurub.
Təyyarə heç bir problem olmadan Bodrum hava limanına enişini tamamlayıb. Texniki qrup ildırım vuran təyyarəyə baxış keçirərkən heç bir xoşagəlməz hal aşkar etməyib.