Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft yatağı aşkar edilib.
“Qanunla.az” xəbər verir ki, neftin keyfiyyəti Ərəbistan nefti ilə müqayisə oluna bilər.cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft yatağı aşkar edilib ki, onun potensialı ölkənin ən böyük yatağı olan “Qabar”ın ehtiyatlarından 5 dəfə çox ola bilər, – “Sabah” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Şirnak və Hakkari əyalətləri arasında yerləşən Kato dağı ərazisində artıq ilkin kəşfiyyat işlərinə başlanılıb.
Mayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağ silsiləsi yaxınlığında sutkada təqribən 100 min barel gücü olan neft yatağının kəşf edildiyini açıqlamışdı.
Onun ehtiyatlarının dəyəri təxminən 70 milyard dollar qiymətləndirilir.