image-qanunla-reklam
image-bna_yeni

Türkiyədən Bakıya 170 yeni avtobus gətiriləcək

image-lady-day-az

Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin BMC şirkəti arasında imzalanan müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların paytaxta çatdırılması prosesinə başlanılacaq.

Qanunla.Az xəbər verir ki, bu barədə Agentliyinin hazırladığı 2021-ci ildə sərnişindaşımanın təşkilinə dair hesabatda qeyd edilib.

Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.

“Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən 150 ədəd avtobus paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro-6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki