image-qanunla-reklam
image-ankara

Türkiyədən Rusiyaya ağır zərbə: İmtina edir!

image-lady-day-az

Türkiyənin ən böyük neft emalı zavodu “Turkiye Petrol Rafinerileri” (Tupras) qiyməti G7-nin 60 dollar/barrel həddini keçəcəyi təqdirdə Rusiya neftinin alışını dayandıracaq.

Qanunla.az xəbər verir ki, bu barədə “Blumberq” sənayedəki mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyasının yanvarın 10-da ən genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Rusiya neftinin alınmasına icazə verəcəyi son tarix bu ayın sonudur. Fevralın 27-dən etibarən “Tupras”a xam neftin barreli üçün 60 dollardan, yüksək dərəcəli yanacaqlar üçün 100 dollardan və ucuz yanacaqlar üçün 45 dollardan yuxarı qiymətlərlə bütün tədarüklər dayandırılacaq. Rusiyanın qərb limanlarından ixrac edilən “Urals” markalı neftin bir barrelinin qiyməti 60 dollar civarındadır”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu, Rusiyanın neft ixracına ağır zərbədir. “Tupras” ötən il gündə təxminən 180 min barrel “Urals” nefti alıb. Bu, hər biri 1,5-2 milyon barrel neft alan əsas alıcılar Çin və Hindistandan xeyli azdır, lakin yenə də Rusiyanın dəniz neft ixracının ümumi orta gündəlik həcminin təxminən 5,5%-nə bərabərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki