image-qanunla-reklam
image-cavushoglu-baki-brifinq

Türkiyədən Rusiyaya: Bu ilhaqı əsla tanımayacağıq!

image-lady-day-az

NATO-nun birliyi və bütövlüyü müdafiə qabiliyyətimiz qədər önəmlidir.

Qanunla.Az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu VII Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib.

XİN rəhbəri Qara dənizin Avropa-Atlantik regionunun təhlükəsizliyi üçün həlledici önəmə sahib olduğunu bildirib:

“NATO-da Rusiyaya yönəlik ikili yanaşma mövcuddur. Bəziləri Rusiya ilə dialoq tərəfdarı olduğu halda, digərləri müdafiə olunmağı əsas götürür. Rusiya ilə olduqca səmimi və realistik. Yaxın əlaqələr qururuq”.

Çavuşoğlu Türkiyənin Rusiya ilə bir sıra məsələlərdə fərqli baxış bucağına sahib olduğunu bildirib:

“Rusiyanın Ukrayna, Gürcüstan və Krım ilhaqı kimi mövzularda birmənalı şəkildə mövqeyimizi ifadə etdik. Türkiyə Krımın qeyri-qanuni ilhaqını əsla tanımayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki