image-qanunla-reklam
image-dmitri-peskov

Türkiyənin bu açıqlamasını qəbul etmirik – Kreml

image-lady-day-az

Bu kimi açıqlamaları qəbul etmirik və bunu türk həmkarlarımıza açıq şəkildə deyirik.

Qanunla.Az  xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə XİN-in Krımda keçirilən seçkiləri tanımadığı və Krımı Ukrayna ərazisi saydığı haqda bəyanatına reaksiyasında deyib.

“Krım məsələsi (Ankara ilə) fikirlərimizin bir-birindən tamamilə fərqli olduğu bir mövzudur. Türkiyənin bu mövqeyindən təəssüflənirik, amma ümid edirik ki, reallığa və işin həqiqi vəziyyətinə hörmət edərək zamanla bu mövzuda siyasi iradə göstəriləcək və Türkiyə bu mövqeyini dəyişəcək”, – deyə Peskov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki