image-qanunla-reklam
image-ucar

Ucarda ağır qəza, ölən var – Foto

image-lady-day-az

Ucarda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olarkən “Kamaz” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü Elçin Cəlilov hadisə yerində dünyasını dəyişib. Digər üç nəfər sərnişin, sürücünün oğlu Cəlilov İlyas Elçin oğlu, Xəlilov Zaur Balay oğlu və Xəlilova Aysel Balay qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki