image-qanunla-reklam
image-elektrik_-1

Ucarda bədbəxt hadisə: ölən var

image-lady-day-az

Ucar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qanunla.Az xəbər verir ki, hadisə ötən axşam rayonun Müsüslü kəndində olub.

Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayevi elektrik cərəyanı vurub və o, dünyasını dəyişib.

3 uşaq atası olan N.Ağayev su nasosu ilə həyətyanı sahəni suvarmaq istəyib. Nasazlıq olub, nasosun naqillərini düzəltmək istəyərkən ehtiyatsız davranıb və onu elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki