Ucarda həyətdə kişi meyiti tapılıb.
“Qanunla.az” xəbər verir ki, rayonun Qazıqumlaq kəndində yerləşən, M.Ağasıyevanın yaşadığı evin həyətində Ələkbərov Əlisurət Ələkbər oğlunun meyiti aşkar edilib.
Meyitin xarici müayinəsi zamanı bədəni üzərində gözlə görünən zorakı xəsarət aşkar edilməyib, mərhumun ölüm səbəbi və sair halları müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Müəyyən edilib ki, Ə.Ə.Ələkbərov yaddaş pozğunluğundan əziyyət çəkib, eləcə də əvvəllər iki dəfə ürək infarktı keçirib.