image-qanunla-reklam
image-5-1

Ucarda polis əməkdaşları şəhid və qazi övladlarını təbrik etdilər-FOTO

image-lady-day-az

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qəhrəmancasına şəhid olan, eləcə də sağlamlıqlarını itirən qazilərin məktəbli övladlarını ziyarət ediblər.

Qanunla.Az-ya verilən məlumata görə,beş ailənin qonağı olan polis əməkdaşları məktəbliləri təbrik edib, təhsillərində uğurlar arzulayıblar. Azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edən polislər, onlarla xatirə şəkilləri çəkdiriblər.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin kollektivinə təşəkkürlərini bildiriblər.

image-5-2

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki