image-qanunla-reklam
image-4

Ucarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi

image-lady-day-az

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrund gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Vüqar Ələkbərovun bu gün il mərasimi keçirilib.

Qanunla.az xəbər verir ki,rayonun Qazyan kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edərək önünə əklil qoyub, üzərinə tər çiçəklər düzüblər.

Mərasimdə iştirak edənlər şəhidin ömür yolundan, eləcə də Vətən müharibəsi zamanı iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi igidliklərdən danışaraq, mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə gizir Vüqar Ələkbərov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki