image-qanunla-reklam
image-7e84a347e8-dovletciliyimizin-musteqilliyimizin-remzi

Üçrəngli bayrağımızın şanlı tarixi

image-lady-day-az

Üçrəngli bayrağımızın şanlı tarixi.

M.Ə.Rəsulzadənin əsaslandırdığı Cümhuriyyət 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin” Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalmz onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal aym qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir (Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən bu musiqiyə oxşar bir marşla düşmən üzərinə hücum etmişdilər. 1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandınlmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1 -ci və 4-cü günləri ,yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər. 1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycam təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı – əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”(6, s.124). Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışım belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri bizbiz durdu”. Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar. Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra üç azərbaycanlı vətəndaşımız (adlan Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırdı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan 12-13 ilə qədər həbsə məhkum etdilər. 1988-ci ildə Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrm 29-da “Azərbaycan SSR-in adımn və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 

 

Bayraqdarımız – Ümummilli Lideri Heydər Əliyevintarixi qərarı.

1990-cı il noyabrın 17-də Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Bayraq günü olaraq məhz 9 noyabrın qeyd edilməsi isə Cənab Prezidentin varisi olduğumuz Xalq Cumhuriyyətinə verdiyi xüsusi önəmin göstəricisidir. 1991-ci ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının müstəqil dövlət olaraq Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edildi. Azərbaycanın üçrəngli bayrağı Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”  Konstitusiya Qanunu ilə rəsmi şəkildə tənzimləndi. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna əsasən Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edildi. Bu qanun, Dövlət Bayrağının istifadəsi ilə bağlı tələbləri və məhdudiyyətləri müəyyən edtməklə yanaşı, bayrağın yalnız dövlət orqanlarında deyil, vətəndaşların həyatında da xüsusi yer tutmasını hədəfləyir. Bayrağa hörmətsiz yanaşma qanunla məsuliyyətə səbəb olur və hər bir Azərbaycan vətəndaşının bayrağa ehtiram göstərməsi tələb olunur. Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı xalqın ruhunun və dövlətin simvolu kimi dəyərləndirmiş, onun hər bir evdə, hər bir ailədə xüsusi yer tutmasını vacib hesab etmişdir. Ümumilli Liderimizin  dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Bu sevgi, milli kimliyimizi və dövlətçilik dəyərlərimizi qorumağın ən ali ifadəsidir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən torpaqlarda ilk qaldırılan rəsmi simvol məhz Dövlət Bayrağımız oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında bu tarixi qələbə, üçrəngli bayrağımızın işğaldan azad olunan hər bir bölgədə dalğalanması ilə nəticələndi. Azərbaycan hərbiçiləri hər bir kəndi və şəhəri işğaldan azad edərkən, üçrəngli bayrağımızı yüksəkdə dalğalandıraraq ərazi bütövlüyümüzü və milli suverenliyimizi təsdiq etdilər. Hər bir yüksəldilən bayraq işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın varlığının təntənəsidir və bu bayraq dalğalanmağa davam etdikcə, bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərir. Azərbaycan bayrağı, sadəcə rəsmi atribut deyil, xalqımızın keçmişdən gələcəyə uzanan qürur dolu yolunun, milli kimliyimizin və müstəqillik uğrunda apardığımız mübarizənin rəmzidir. Hər birimiz bu bayrağın altında birləşərək, onun ucalığını və mənasını qorumalı, gələcək nəsillərə bu qürur hissini ötürməliyik.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki