image-970_50
image-eliyev-reisi1

Üçtərəfli saziş: ermənilər buna görə narahatdır

image-suni_mayalanma_qiymeti

Türkmənistan- Azərbaycan-İran arasında dünən enerji sahəsində imzalanan saziş, sözsüz ki, rəsmi Bakıya xeyli dividentlər gətirəcək.

Qanunla.Az  xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

Politoloqa görə, məsələnin dörd əsas cəhəti mövcuddur:

“Birincisi odur ki, sazişdə 2 milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki, bu il Qərbə təxminən 5 milyard kubmetr qaz ixrac etmişik.

İkincisi, sözügedən saziş faktiki olaraq “Cənub-Şimal” və “Cənub-Qərb” tranzit xəttinin yenidən Azərbaycan üzərindən canlanmasıdır.

Üçüncüsü, bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin də maraqlarına cavab verəcək və onları iqtisadi-siyasi sahədə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Ermənistan ekspertlərinin dünəndən etibarən narahatlıq keçirmələri heç də təsadüf deyil. İndi Paşinyan “Cənub-Şimal” və “Cənub-Qərb” xəttinin Azərbaycanın kurasiyasında olduğunu daha yaxşı anlayacaq. Əgər rəsmi İrəvan Zəngəzur dəhlizini açsa, o da dividentlər əldə edə biləcək.

Sonuncu əsas məqam isə odur ki, bu sazişlə Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi-siyasi sahədə yaxınlaşma ola bilər. Brüssel ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər. AB-nin təbii qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq”.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki