Uğurlu təcrübə.
Azərbaycan Qoşulmama Hərəkatında fəaliyyətini uğurla davam etdirir. Dövlətimiz ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna da malikdir. Bundan əlavə, Azərbaycan ŞƏT-in köməyi ilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçiriləcəyi mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Əminliklə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin yüksək qətiyyəti və dərin zəkası sayəsində Azərbaycan çoxvektorlu xarici siyasət xəttini fəal şəkildə inkişaf etdirməklə, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışır. Əlavə olaraq qeyd edək ki, BRİKS ölkələri ilə xarici ticarət dövriyyəsi keçən il 9,78 milyard dollar, yəni 2022-ci illə müqayisədə 13,5 faiz və ya 1,16 milyard dollar çox olub. Cari ilin birinci yarısında isə həmin göstərici 4,96 milyard dollara yüksəlib. Bu rəqəmin ilin sonunadək 6 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılıb. Azərbaycanın BRİKS ölkələri ilə xarici ticarət əlaqələrinə diqqət etsək, bu ölkələr ilə ticarət tərəfdaşlığının daha çox idxal məhsulları üzrə olduğunu görərik. Onu da xatırladaq ki, 2021-ci və 2022-ci illərdə Azərbaycanın BRICS ölkələrinə ixrac məhsullarının həcmində artım qeydə alınıb. Cari ilin birinci yarısında isə ixracın həcmi 1,18 milyard dollara yüksəlib. Ümumilikdə, son 5 il 6 ayda ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 217,3 milyard dollar olub və bunun da 19,49 faizi və ya 42,3 milyard dolları BRİKS ölkələri ilə xarici ticarətin payına düşüb. Xatırladaq ki, BRİKS təşkilatı 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə Braziliya, Hindistan və Çinin birgə yaratdığı hökumətlərarası qurumdur. 2010-cu ildə bu təşkilata Cənubi Afrika Respublikası da qoşulub. 2023-cü ildə isə Argentina, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri quruma qoşulmaq üçün müraciət edib və Argentinadan başqa bütün namizədlər 2024-cü il yanvarın 1-dən BRICS üzvü qəbul ediliblər. Argentinanın təşkilata üzv olmamasının səbəbi isə 2023-cü ilin sonunda bu ölkədə hakimiyyət dəyişikliyi və yeni hakimiyyətin BRICS liderlərinə məktub ünvanlayaraq üzvlükdən imtina etməsi olub. Azərbaycanın da qoşulmaq istədiyi bu təşkilata daha 27 ölkə üzv olmaq istəyir.”BRİKS-in əhatə etdiyi ərazi isə dünyanın quru hissəsinin 30 faizini təşkil edir. Bütün bunlar onu göstərir ki, BRİKS çox unikal əməkdaşlıq imkanı yaradır. BRİKS dövlətlərin milli maraqlarını uğurla qoruya biləcəyi bir platformadır. Olduqca uğurlu platformadır. BRİKS-in fəaliyyətində istinad olunan əsas prinsip çoxqütblülükdür. Dünya dövlətlərinin, xalqlarının maraqlarının, bərabərhüquqların qorunduğu, əməkdaşlıq imkanlarının olduğu bir platformadır. Azərbaycanın belə bir platforma çərçivəsində iştirakçılığı beynəlxalq münasibətlərə yanaşma prinsiplərimizə çox uyğundur. Çünki biz dünya dövlətləri bərabərhüquqlu, qarşılıqlı maraqların gözlənilməsi daxili işlərə qarışmama prinsiplərini rəhbər tutaraq xarici siyasət kursuna üstünlük veririk. Məhz BRİKS platformasında da əsas istinad olunan prinsiplər bundan ibarətdir. Azərbaycan BRİKS platformasında iştirak etməklə hər şeydən öncə nümayiş etdirdi ki, milli maraqları çərçivəsində tam müstəqil siyasət həyata keçirir. Bildiyimiz kimi Qərb dairələri BRİKS-in genişlənməsindən çox ciddi narahatlıq duyurlar. Amma Azərbaycan dünya dövlətləri ilə konstruktiv əməkdaşlığa hər zaman üstünlük verir. BRİKS üzvü ölkələrlə Azərbaycanın kifayət qədər inkişaf etmiş münasibətlər sistemi mövcuddur. Məsələn, Rusiya və Çinlə Azərbaycan arasına qarşılıqlı maraqlara cavab verən siyasi əlaqələr, əməkdaşlıq var. Rusiya-Azərbaycan arasında müttəfiqlik haqqında qarşılıqlı sənəd imzalanıb. Çin-Azərbaycan arasında strateji tərəfdaşlıq sənədi mövcuddur. Nəzərə alaq ki, BRİKS-də iştirak edən ölkələrin iqtisadi göstəriciləri bütövlükdə dünya üzrə ən yüksək göstəricilərdir və perspektivlidir. Azərbaycan öz maraqlarına cavab verən, əməkdaşlıq imkanları geniş olan bütün platformaların imkanlarından yararlandığı kimi BRİKS-in imkanlarından da faydalanacaq”.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
Loqisita mərkəzi.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində iştirak edib. Ölkə başçısı ŞƏT-in Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanı daha bir beynəlxalq layihənin əsas iştirakçısına çevirməklə bir ölkə olaraq beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət etmiş olacaqdır. Rusiya–Ukrayna müharibəsi fonunda sürətlə dəyişən geosiyasi vəziyyət qlobal təhlükəsizlik risklərini artırmaqla bərabər, qlobal ticarətə də birbaşa mənfi təsirini göstərdi. 2022-ci ildən bəri davam edən müharibə nəticəsində Avropa və Asiyanı birləşdirən ənənəvi ticarət yollarının əhəmiyyəti azalmış və yeni alternativ ticarət dəhlizlərinin əhəmiyyəti yenidən artmışdır. Məhz bu baxımdan Qərb ölkələrini Asiya regionu ilə birləşdirən əsas alternativ ticarət dəhlizlərindən biri Orta Dəhliz marşrutudur. Əsasən Orta Dəhliz olaraq bilinən və xüsusi strateji əhəmiyyətə malik bu dəhlizin əsas iştirakçılarından biri də Azərbaycandır. Bu ilin iyun ayında Özbəkistan, Qırğızıstan və Çin hökumətləri arasında dəmir yolu ilə bağlı saziş imzalanıb. Razılaşmaya uyğun olaraq, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu, yəni Kaşqar–Toruqart–Məkmal–Cəlalabad–Əndican marşrutu boyunca yükdaşımaların illik həcmi 15 milyon tona çata bilər və malların son istehlakçılara çatdırılma müddəti 7 günə qədər azalacaq. Strateji coğrafi mövqeyi, inkişaf etmiş logistik infrastrukturu ilə regionun və dünyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan logistik potensialını artırmaq və regional inteqrasiyanı gücləndirmək üçün əhəmiyyətli imkanlar təqdim edir. Azərbaycan Dəmir Yolları bu məqsədlərə çatmaq üçün modernləşdirmə və inkişaf layihələrinə önəm verir və bu sahədə mühüm addımlar atır. Görülən bu işlər Azərbaycanın beynəlxalq yük daşımalarında mühüm rolunun daha da gücləndirməsini təmin edəcək. Zəfər Qələbəsindən dərhal sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr sübut etdi ki, məqsəd təkcə torpaqları azad etmək deyil, onlara “yeni nəfəs” vermək, həmin ərazilərin bərpası ilə yanaşı inkişaf etdirilməsi idi. Sözsüz ki, münaqişənin həlli ümumilikdə regionun inkişafına təsir göstərəcək nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı.
Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Nüşabə Əhmədova .