image-970_50
image-fotojet

Ukrayna baş nazirinin müavini: Azərbaycanın bizim üçün dəyərli təcrübəsi var

image-728_90

 

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri İrina Vereşuk Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə o, qısa söhbətində bildirib.

Qeyd edək ki, İrina Vereşuk bir neçə gün əvvəl nazir postuna təyin edilib. Əvvəllər o, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Parlament Komitəsinin dövlət təhlükəsizliyi və müdafiə məsələləri üzrə alt komitəsinə rəhbərlik edib.

– Yeni vəzifənizdə ilk növbədə nə edəcəksiniz?

– Mənim vəzifəm informasiya və humanitar siyasətini gücləndirməkdir. Müvəqqəti olaraq işğal olunmuş və onlara yaxın ərazilərdə xalqımız dövlətin informasiya və humanitar təsirini daha çox hiss etməlidir. Həmçinin, mən müvəqqəti işğal olunmuş ərazilərə yaxın yerlərdə – Donetsk, Luqansk və Xerson vilayətlərində infrastruktur layihələri üçün beynəlxalq maliyyə yardımının səfərbər edilməsinə diqqət yetirəcəyəm. Biz həm də müvəqqəti işğal olunmuş ərazilərdən hökumət qüvvələrinin nəzarətində olan yerlərə daha çox gəncin köçməsi, yaşaması və təhsil alması üçün şərait yaratmalıyıq.

– Ərazilərin reinteqrasiyası sahəsində Azərbaycan təcrübəsini öyrənəcəksinizmi?

– Mütləq. Azərbaycanda çoxillik sistemli işin çox dəyərli təcrübəsi var.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki