image-qanunla-reklam
image-21211cfc3bcbf2cd93e40c2829cb8a53

Ukrayna dronları Saratov və Enqelsə hücum etdi: Neft bazası alovlanır

image-lady-day-az

Gecə saatlarında Ukrayna tərəfindən kütləvi dron hücumu nəticəsində Rusiya Federasiyasının Saratov və Enqels şəhərlərində vəziyyət gərginləşib.

Qanunla.az xəbər verir ki, Saratov vilayətinin qubernatoru Roman Busarqinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatları (PUA) vurub. Buna baxmayaraq, dron qalıqları Enqelsdə sənaye obyektinə düşüb.

Hadisə yerində hazırda yanğınsöndürmə briqadaları və fövqəladə xidmətlər fəaliyyət göstərir. Əsasən neft bazasında yaranan yanğının qarşısını almaq üçün intensiv işlər davam edir.

Hücumla bağlı rəsmi qurumlar əlavə məlumatların yaxın zamanda veriləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki