Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçisi Yevgeni İyevlev bildirib ki, ölkənin əks-hücum imkanlarına malik olması üçün ən azı 1,8 milyon nəfərin səfərbər edilməsinə ehtiyac var.
Qanunla.Az xəbər verir ki, İyevlevin sözlərinə görə, hazırda Ukrayna ordusunun döyüş bölmələri tükənmiş vəziyyətdədir.
Qeyd edək ki, bir gün əvvəl USQ-nin baş komandanı Oleksandr Sırski cəbhədə yeni əks-hücumun başlayacağını açıqlamış, lakin bu barədə əlavə təfərrüat verməmişdi. Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir. Həmin vaxt Prezident Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalamışdı. Daha sonra Ali Rada bu rejimin müddətini bir neçə dəfə uzadıb. Mövcud qanunvericiliyə əsasən, 18-60 yaş arasında olan kişilərin əksəriyyətinə ölkəni tərk etmək qadağan edilib.