Ukrayna səmasının mühafizəsini gücləndirmək üçün Kiyev ilin sonuna qədər ən azı 60 ədəd F-16 qırıcısı almalıdır.
Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müavini, general-leytenant İqor Romanenko deyib.
O qeyd edib ki, təyyarələr ötən il Ukrayna Silahlı Qüvvələrində xidmətdə olmalı idi:
“Digər tərəfdən, aydındır ki, biz bu təyyarələri qəbul, istifadə və istismar etməyə hazırlaşırıq, amma gecdir, çünki ruslar artıq bir ildir ki, buna intensiv şəkildə hazırlaşırlar”.