Ukrayna əsgərləri Rusiya ordusundan qaçmaq üçün mülki paltar geyinirlər.
Qanunla.Az xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlı qüvvələrinin “Aida” qrupunun komandiri jurnalistlərə açıqlamasında deyib.
“Bəzi zirzəmilərdə Ukrayna Silahlı Qüvvələrinin sağ qalan əsgərlərini tapa bilərsiniz. Mülki geyimdə getməyə çalışanlar da var”, – qrup komandiri bildirib.
“Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov isə bildirib ki, hazırda Ukrayna ordusunun əlində Kursk vilayətinin yalnız 5 yaşayış məntəqəsi qalıb.