Ukrayna xüsusi xidmət orqanları artıq Krım körpüsünün dağıdılması planlarının hazırlanması üzərində işləyir.
Qanunla.az xəbər verir ki, bu barədə ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces Almaniyanın “Focus” nəşrinə açıqlamasında deyib.
“O, belə bir strukturu məhv etmək üçün bir hücumun kifayət etməyəcəyini vurğulayıb, lakin Ukrayna xüsusi xidmət orqanlarının artıq Krım körpüsünü dağıtmaq planı üzərində işlədiyinə əminliyini ifadə edib”, – deyə nəşr yazıb.
Amerika hərbçilərinin fikrincə, Qərbin uzaqmənzilli raket sistemləri olan ATACMS və ya Taurus Kiyevin müvafiq planlarını həyata keçirə bilməz.