image-qanunla-reklam
image-img_20211205_232234

Ukrayna məsələsinin yalnız bir həll yolu var – Rusiya

image-lady-day-az

Ukrayna məsələsini yalnız Minsk razılaşmaları ilə həll etmək mümkündür.

Qanunla.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.

Nazir müavini bildirib ki, hər kəs etibarlı siyasi həllin danışıqlar masası arxasında tapılacağını yaxşı başa düşür:

“Söhbət təkcə Ukraynadan deyil, bütövlükdə Avropanın və Qara dəniz regionunun təhlükəsizliyindən gedir. Əgər bizim tərəfdaşlarımız bu mövzunun kompleks halda gündəmdən çıxmasını istəyirlərsə, Minsk tədbirləri çərçivəsində hərəkət yeganə yoldur”.

O, “luqansk xalq respublikası” ərazisində dağıntı və ölümlərin Ukrayna ordusunun nəzarətində olan ərazilərdən 5 dəfə çox olduğunu da bildirib.

“Bu faktın özü kimin günahkar olduğu və məsuliyyət daşıdığına aydınlıq gətirir”, – Qruşko deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki