image-qanunla-reklam
image-mariya_zaxarova

Ukrayna-NATO təliminin məqsədi budur – Zaxarova

image-lady-day-az

Kiyev və NATO təliminin (Sea Breeze 2021) məqsədi Rusiya sərhədlərində sonsuz destabilizasiya yaratmaq və Ukraynaya silah və hərbi texnika verməkdir.

Qanunla.Az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz artıq çox gözəl anlayırıq ki, bu təlimin iki qlobal hədəfi var. Birincisi, Rusiya sərhədi boyunca sonsuz destabilizasiya perimetri yaratmaq. Bu, cavab verməyə təhrik etmək üçün həyata keçirilən provokasiyadır.

İkinci, Ukrayna ərazisində fərqli növ texnika, silah gətirib burada saxlamaq”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki