image-qanunla-reklam
image-20564902f8a70c0572287c2990318292

Ukrayna ordusunun raket zərbəsi nəticəsində “Axmat” bazası dağıdıldı

image-lady-day-az

Ukrayna ordusunun raket zərbəsi nəticəsində Bryanskda “Axmat” bazası dağıdılıb.

Qanunla.Az xəbər verir ki, Ukrayna müdafiə qüvvələri Rusiyanın Bryansk vilayətində yerləşən “Axmat” bazasına uğurlu raket zərbəsi endirib. Ukrayna Müdafiə Kəşfiyyatı (GUR) tərəfindən ələ keçirilən telefon danışığında bir rusiyalı qadın hücumun nəticələrini təsdiqləyib.

Onun sözlərinə görə, hücum zamanı bazada çox sayda çeçen döyüşçü olub və onların bir qismi dağıntılar altında qalıb. “Təsəvvür et, raket düz istirahət edərkən vurdu… Əsasən gənc çeçenlər idi”, – deyə o bildirib.

Məlumata görə, hücum nəticəsində altı yaralı xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı rəsmi təsdiq gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki