image-qanunla-reklam
image-zelenski

Ukrayna Prezidenti sabah Türkiyəyə gedir

image-lady-day-az

Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək.

Qanunla.az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı V. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ukrayna dövlət başçısının səfəri çərçivəsində sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Dövlət başçıları müdafiə, azad ticarət və turizm məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki