image-qanunla-reklam
image-727afbf940dab4e02a3e93f45fb94c06

Ukrayna PUA-ları Rusiyanın sənaye obyektlərinə hücum edib

image-lady-day-az

Ötən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir sıra sənaye obyektlərinə hücum həyata keçirib.

Qanunla.az xəbər verir ki, hücumlar nəticəsində Voronej vilayətindəki Liski şəhərində yerləşən neft bazasında yanğın baş verib. Yanğın PUA qalıqlarının obyektə düşməsi nəticəsində yaranıb. Bundan başqa, Tambov vilayətindəki Kotovsk şəhərində yerləşən barıt zavodu da hədəfə alınıb.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, gecə ərzində Rusiya regionları üzərində ümumilikdə 27 dron vurulub. Nazirlik bu hücumların qarşısını aldığını iddia etsə də, sənaye obyektlərində baş verən zərərlər barəsində əlavə məlumat verməyib.

Hadisə nəticəsində maddi zərər dəyəndiyi bildirilsə də, insan tələfatı barədə hələlik məlumat yoxdur. Hücumlar regiondakı vəziyyəti daha da gərginləşdirib və hər iki tərəf bir-birini ittiham etməkdə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki