image-qanunla-reklam
image-img_20211115_085943

Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz

image-lady-day-az

Ukraynanın kiçik və köhnəlmiş aviasiya qırıcıları – MiQ-29, Su-24, Su-25 və Su-27 açıq münaqişə vəziyyətində Rusiyaya uğurla müqavimət göstərə bilməyəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” jurnalında dərc edilən analitik məqalədə bildirilib.

Qeyd olunub ki, Krımda yerləşən S-400 raketdən müdafiə sistemi Ukraynanın şərqində və mərkəzində yerləşən hərbi obyektlər üçün ciddi təhlükə yaradır. Güclü radar sistemi və müxtəlif çeşidli raketlərlə təchiz edilən S-400 400 kilometrə qədər məsafədə idarə olunan təyyarələri, pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri hədəfə ala bilir.

Məqalədə Rusiya Hərbi Hava Qüvvələrində olan “nəhəng qırıcı” Su-35S xüsusi qeyd edilir. Bu qırıcı Kiyevdə xidmətdə olan MiQ-29, Su-24, Su-25 və Su-27-dən açıq-aydın üstündür və geniş raket silsiləsi sayəsində Ukraynanın əsas hərbi hədəflərinə dağıdıcı dəqiqliklə yerüstü zərbələr endirməyə qadirdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki