image-qanunla-reklam
image-raket

Ukrayna Rusiyada aerodromları vurdu: 4 kənd boşaldıldı – Video

image-lady-day-az

Ukrayna ordusu gecə saatlarında PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib.

Onun sözlərinə görə, ən azı 6 nəfər yaralanıb.

Zərbə nəticəsində mülki binalardan uzaqda partlayıcı qurğular işə düşüb, enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Artamonov dörd yaşayış məntəqəsinin – Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovka boşaldıldığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki