image-qanunla-reklam
image-1640546948_abs-muselmanlara-qarsi-firildaqciliq-etdi-ramzan-kadirov-382123

“Ukrayna Rusiyanın bir hissəsi olmalıdır” – Ramzan Kadırov

image-lady-day-az

“Ukrayna prezidenti Vladimir Zelenski anti-Rusiya siyasətini davam etdirərsə, Ukrayna Rusiyaya qoşula bilər”.

Qanunla.Az  xəbər verir  ki, bu  barədə Çeçenistan lideri Ramzan Kadırov Qroznıda mətbuat konfransında deyib.

O, Ukrayna problemini təkbaşına həll etməyə hazır olduğunu bildirib: “Mənə təyinat verilsəydi, bu məsələni çoxdan həll edərdim. Ukraynalılar bizim xalqımızdır, bizim ərazimizdir. Bu mənim fikrimdir. Ya Çeçenistan Respublikasını Ukraynaya birləşdirərdim, ya da orada məsələni həll edərdim. Amma dövlət müqavilələri var ki, bu cür qərarların qəbuluna imkan vermir”, – deyə Çeçenistan lideri bildirib.

Kadırov həmçinin də bildirib ki,  Qərb dövlətləri Ukraynada öz hərbi bazalarını yaratmaqda və bununla da Rusiyaya qarşı şərtlər qoymaqda maraqlıdırlar:

“Mən əminəm ki, prezidentimiz  (red. Rusiya Prezidenti Vladimir  Putin) buna imkan verməyəcək. Biz isə piyadalar heç bir problem olmadan ayrılıb əmri yerinə yetirməyə hazırıq. Çünki dövlətin və xalqımızın bütövlüyü və təhlükəsizliyi hər şeydən önəmlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki